Hökmə etiraz edən təqsirləndirilən şəxs başını barmaqlıqlara çırpdı
Oktyabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hədə qorxu yolu ilə quldurluq edən Cəlilabad rayon sakininə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhlul Yaqubov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hökmə qərara etiraz əlaməti olaraq, B.Yaqubov başını dəmir barmaqlıqlara çırpıb. Bunun nəticəsində onun sifəti al-qana boyanıb.
İttihama görə, 2009-cu ilin fevral ayında axşam saatlarında Bakıda tikintilərin birində fəhləlik edən B.Yaqubov Sabunçu rayonu ərazisində 34 yaşlı Sevinc Qələmdarovanı bıçaqla hədələyərək içərisində pul, mobil telefon və şəxsi sənədlər olan çantasını ondan alıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qələndərovaya qarşı quldurluq edən 24 yaşlı Bəhlul Yaqubov tutulub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.
Fərid Əkbərov

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57