Qubada qadın alt paltarlarını oğurlayan 33 yaşlı şəxs yaxalanıb
07 fevral 2011 09:58 (UTC +04:00)

Qubada qadın alt paltarlarını oğurlayan 33 yaşlı şəxs yaxalanıb

Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhərində qeydiyyatda olan 33 yaşlı Denis Vladimiroviç Sterikov, Fətəli Xan küçəsi 200 ünvanında yaşayan Yadaiyayev Kanokovun evində işləyib. O, işlədiyi evin birinci mərtəbəsindən ev sahibinin əşyalarını oğurlayıb. Onun oğurladığı əşyalar içində ən çox qadın alt paltarları olub. Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saxlanılarkən Denis Sterikovun üzərindən 0,317 qram narkotik maddə də aşkarlanıb.

Bundan başqa, Qubada dibçəkdə marixuana yetişdirən 3 nəfər saxlanılıb. Saxlanılan şəxslər Rustov kənd sakinləri 24 yaşlı İsmayıl Əlişanov, 24 yaşlı Ruslan Paşayev, 25 yaşlı Elman Ağacanovdur. İsmayıl Əlişanovun üzərindən 5,93 qram, Ruslan Paşayevin üzərindən isə 5,37 qram qurudulmuş marixuana çıxıb. Dostlar narkotik maddələri həmkəndliləri Elman Ağacanovdan aldıqlarını bildiriblər.

Tutularaq istintaqa cəlb edilən Elman Ağacanov da faktı təsdiqləyib. Onun sözlərinə görə, 2010-cu ilin yay aylarında evlərindəki dibçəkdə özü üçün hind çətənəsi yetişdirib. Lakin sonradan istehsal etdiyi narkotik maddəni öz həmkəndlilərinə də satıb.

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb, istintaq davam aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15