Paytaxtda baş verən qanlı olayın təfsilatları bəlli olub
Yeznə-qayının Şəhidlər Xiyabanındakı “duel”i qonqalıqdakı mübahisədən başlayıb
Avqustun 18-də saat 21:30 radələrində Bakının Bakıxanov qəsəbəsində atışma olub.
Sabünçü rayon 13-cü polis bölməsinin rəis müavini, polis kapitanı Ramil Cəbiyevin Lent.az-a verdiyi məlumata görə, yeznə-qayın olan Zəngilan rayonunun Ağalı kənd sakinləri Mövsümov Ramiq Rafiq oğlu ilə Balakişiyev Etibar Ramazan oğlu ikincinin Bakıxanov qəsəbəsi Əhməd Ağayev küçəsindəki evində ailəvi yeyib-içiblər.
Sonradan sərxoş vəziyyətdə olan bu iki şəxs arasında mübahisə düşüb. Sonra Ramiq oradan çıxaraq, kirayə yaşadığı Yavər Əliyev 3. ünvanında yerləşən evə gedib. Yaşadığı evdə qanunsuz saxladığı “Makarov” tipli tapançanı götürərək, Etibarı Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanına çağırıb.
Ramiq Etibarın sinə nahiyəsinə 2 güllə atıb. Yaxın məsafə olduğu üçün Etibar Ramiqin əlində tapançanı alıb və Ramiqin boğaz nahiyəsinə 2 dəfə atəş açaraq onu öldürüb.
Hadisə şahidlərinin çağırdığı təcili tibbi yaprdım maşınıyla Etibar 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Üzərində əməliyyat keçirilən Etibarın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17