2 dost, 1 baş inək, 390 manat və uzunmüddətli həbs
Qusar rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mucuxpalasa kənd sakini Əlisət Əhmədova məxsus bir baş iri buynuzlu malı oğurlayan iki dostu saxlayıb.
Bunlar 22 yaşlı Ehtiman Bədəlov və 21 yaşlı Rusiq Əlgidərovdur. Qusar rayon Polis Şöbəsinin müstəntiqi Məhəmməd İbrahimov Lent.az-a bildirib ki, həmin şəxslər örüş sahəsindən oğurladıqları inəyi 390 manata Xaçmaz rayon sakini Bəhruz Əhmədova satıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində bildiriblər ki, oğurluğu maddi ehtiyac üzündən ediblər.
Faktla bağlı CM-nin 177.2.1 maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Təqsirləri sübuta yetirilərsə, dostları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vəli Turan

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18