Günün tarixi
E.ə 43. Roma mütəfəkkiri Siseron vəfat edib
1678. Lui Hennepin Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub
1792. Fransız ordusu Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayişçilərə divan tutub
1877. Tomas Edisonun fonoqrafı ilk dəfə nümayiş olunub
1917. ABŞ Avstiya-Macarıstana qarşı müharibə elan edib
1918. Şərqdə ilk parlament - Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı fəaliyyətə başlayıb. Parlamentdə bütün siyasi qüvvələr və milli azlıqlar təmsil edilib. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. Milli azlıqlara yer ayırmasına rəğmən elə ilk iclasda iştirak etməyən erməni və rus milli şuralarının nümayəndələri bir daha iç üzlərini ortaya qoydular.
1921. İkinci diyar partiya müşavirəsi (Birinci Zaqafqaziya partiya konfransı) zamanı federasiya ideyasının təbliğatına başlamaq qərara alınıb
1922. Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib
1928. Amerikan dilçisi Avraam Noam Homski anadan olub
1941. Yaponlar “Pearl Harbor” (Havay adaları), Filippin adaları və Britaniya Malayziyasını bombardman edib (Asiya qitəsində 8 dekabr)
1956. Türkiyənin görkəmli yazıçısı Rəşad Nuri Güntəkin anadan olub
1966. Suriya, kral Hüseynin İordaniya taxtından salınmasını tələb edib
1972. Amerikan kosmik gəmisi “Apollon 17” fəzaya buraxılıb
1975. İndoneziya ordusu Şərqi Timorun portuqal koloniyasını birləşdirib. Lissabon Cakarta ilə əlaqələri kəsib
1977. Misir Yaxın Şərqdə sülhün təşəbbüsünə qarşı çıxan kommunistlərə cavab olaraq SSRİ, ADR, Macarıstan və Çexoslovakiyada mədəniyyət mərkəzlərini bağlayıb
1984. BMT-nin üzvü olan ölkələr SSRİ tərəfindən irəli sürülmüş dövlət terrorizmini pisləyən qətnaməni qəbul edib
1985. Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər
1988. Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib
1989. Litva parlamenti çoxpartiyalılığa icazə vermək üçün Konstitusiyaya düzəliş edib
1993. Pentaqon Nevadada xəbərdarlıqsız 204 atom sınağı keçirildiyini bəyan edib
1996. “Kolumbiya” kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra Floridada yerə enib
2002. Türkiyə vətəndaşı Azra Akın Londonda Dünya Gözəli seçilib
2009. Vyana Diplomatik Akademiyasında Azərbaycan Respublikasında diplomatik xidmətin 90 illiyinə həsr edilmiş tədbir keçirilib
Günün aforizmi
“Tarixi hadisələrin gedişində bizlər dövlətçiliyimizin baniləri və xalqların öz müqəddəratını təyin etməsi şüarı ilə yayılan yeni siyasi hərəkatın pionerləri olduq”
“Azərbaycan” qəzeti, 7 noyabr 1918.

496