“Düşə bilsəm torpağına...” - REPORTAJ -  -  VİDEO
07 noyabr 2010 20:09 (UTC +04:00)

“Düşə bilsəm torpağına...” - REPORTAJ - - VİDEO

Xalq şəhidlərini özü dəfn etdi. Aylardan bəri sürən narahatlıqlar, intizar, sona yetdi. Mübariz İbrahimovun, Fərid Əhmədovun ruhu onsuz da Azərbaycanın üzərindəydi, indi bədənləri də uğrunda can verdikləri bu torpağa tapşırıldı.

Qəhrəmanlarımızın Bakıda, İkinci Fəxri Xiyabanda dəfn olunacağı xəbərini eşidən kimi minlərlə insan həmin istiqamətə axışırdı. Kiminin əlində Azərbaycan bayrağı, kimisi qərənfillə tələsirdi onların görüşünə. Çoxları da ailəsini, uşaqlarını götürüb vidalaşmağa gəlmişdi. Biz ikinci Fəxri Xiyabana çatanda artıq orda minlərlə insan vardı. Ağı söyləyib, mərsiyə deyənlər, şəhidlərin valideynlərinin ürək qoparan hönkürtüsü insanın içini titrədirdi.

Nəhayət, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindəki vida mərasimi başa çatdı, cənazələr qaldırıldı, bütün diqqətlər indi Fəxri Xiyabanda, millətin fəxri, qüruru olan övladlarını son mənzilə yola salmaqdaydı. Hamı Mübarizlə Fəridi görməyə tələsirdi. Daha anaların naləsi, doğmaların ağısı kəsilmişdi.

Müdafiə naziri Səfər Əbiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovun və başqa yüksək rütbəli hərbçilərin müşayiəti ilə tabutlar məzarlığa gətirildi.

Amma cənazələrin endirilməyi ilə minlərlə insan tabutları əhatəyə aldı. Çiçək yağışı başladı. Hər tərəfdən tər qərənfillər yağırdı. Şəhidləri alqışlarla qarşılayanlar da vardı insanlar arasında. Xalq şəhidini çiynində apardı son mənzilə...

Cənazələr məzarın kənarına gətirildi. Milli Ordunun əsgərləri yaylım atəşi açdı və hərbi orkestr Azərbaycanın dövlət himnini ifa etdi.

***

Mübariz və Fəridin son mənzilini hazırlayan adamları tapmaq gəldi ağlıma. Axtarıb qəbir qazanı tapdım. Rəvan Dadaşov soyuq sifətli, toz-torpaq içində 17-18 yaşlı bir oğlandı. Çox danışmadı, bircə arzusunu eşitdim: “Mən də istəyirəm ki, öləndə məni belə basdırsınlar. Kaş məni də basdıranda bu qədər insan olaydı...”

***

Bakının havası da gözəl idi bu gün. Günəş şəfəq saçırdı, elə bil tutqun noyabr günü deyildi, elə belə olmalıymış... Elə belə də olmalıymış, yəqin... Bu can bu torpağa qovuşmalıymış...

Başın sağ olsun, Vətən!

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10