Şəmsiyyə Bəylərqızı: “Mən Azərbaycanda yeddinci qadınam ki, Əfşar...” - MÜSAHİBƏ
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə evlənmədiyini, onun dünyaya gətirdiyi uşağın atası olmadığını söyləyir. O, bu qadını özünə və yaxınlarına məxsus külli miqdarda pulu mənimsəməkdə, etibarından sui-istifadə etməkdə də ittiham edir. Bu ittihamlar təkcə
mətbuat səhifələrində qalmaqal və maraq yaradacaq açıqlamalar olmaqla da məhdudlaşmır. Hazırda bu iddialar qarşılıqlı şikayətlər formasında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır.
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani lent.az-a müsahibəsində bu iddialardan danışmışdı. Cavab özünü çox gözlətmədi. Şəmsiyyə Bəylərqızı redaksiyaya gəldi, özülə çoxlu şəkillər və sənədlər də gətirdi və qarşı tərəf olaraq cavab haqqından istifadə etdi.
- Əfşar Süleymani sizin onun spermasını oğurlaya biləcəyinizi istisna etməyib. Bu barədə nə deyərdiniz?
- Oxucularımızdan üzr istəyirəm. Ümumiyyətlə, uşaq dünyaya gətirmək bacarığı olan normal kişidən belə sperma oğurlamaq mümkün deyil, qalmışdı ki, Əfşar Süleymanidən. Əfşar Süleymaninin sidik kanalı ilə sperma kanalı birləşib. İstanbulun Alman Klinik Xəstəxanasında cərrahiyə əməliyyatı keçirilib, sperma ondan götürülərək dondurulub. Dondurulmuş embrionlar mənə köçürülüb. Necə ola bilər ki, mən onun spermasını oğurlayım? Alman Klinik Xəstəxanasında Əfşar Süleymani yox, onun nəsli boyda pul versən də bunu etmək mümkün deyil. Digər tərəfdən, Şəmsiyyə Bəylərqızına nə düşmüşdü ki, ondan sperma oğurlasın? Bu qalmaqalların hamısı 1 milyon 200 min dolların üzərindəmi cəmləşirdi? Azərbaycanda adam yox idimi ki, Şəmsiyyə normal qaydada ərə getsin? Tutaq ki, normal ailə həyatı qurmasın, Azərbaycanda normal adam yox idi ki, Şəmsiyyə kəbin kəsdirsin, onunla yaşasın, uşağı olsun? Mənim o uşağa yazığım gəlir.
- Aranızda problemlər necə başladı?
- Mən də, Əfşar da şəkər xəstəsiyik, buna görə hamiləliyin 7-ci ayında uşağı ana bətnində yoxlatdırmaq lazım idi ki, o uşaq şəkərdir, yoxsa yox. Bu, Azərbaycanda mümkün deyil. 2008-ci il may ayının 5-dən mən Türkiyədə olmuşam. Əfşar da Tehrandan Türkiyəyə gəlib. Yoxlanılıb və məlum olub ki, uşaqda şəkər xəstəliyi yoxdur. Şəkər xəstəliyi olsa, süni doğuş edəcəkdilər və uşaq tələf olacaqdı. Müayinədən sonra Azərbaycana qayıtdım. Hamiləliyin 8-ci ayında bizim problemlər yaranmağa başladı. Əfşar israrla dedi ki, bu uşaq nə Azərbaycan, nə də İranda dünyaya gəlməlidir, başqa ölkədə doğulmalıdır. Bununla bağlı Əfşar mənə çoxlu sayda telefon mesajları göndərib. Həmin mesajları mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təqdim etmişəm. Özləri də sorğu verərək “Azərcell” və “Bakcell”dən bunu götürüblər.
Mən isə ona anlatmağa çalışdım ki, şəkər xəstəsiyəm, ailənin yeganə övladıyam, bir qoca anam var, başqa yerə gedə bilmərəm. Çox israr etdi, ondan mən də onun Bakıya gəlməsini və xaricə bir yerdə getməyimizi istədim. Əfşar isə mənim getməyimi, onunsa daha sonra gələcəyini dedi, razılaşmadım.
Bir məqamı da deyim. Türkiyədən Azərbaycana gələndə məni aeroportda saxladılar. Məndən Əfşarı soruşdular. Cavab verdim km, səfiri niyə məndən soruşursunuz, Tehrandadır. Mənə dedilər ki, səfirlə ailə qurduğunuzu övladınızın dünyaya gələcəyini bilirik. Hələ əlavə elədilər ki, bunu demək borcumuz deyil, amma bir Azərbaycan qadını kimi yaxşı olardı ki, uşağınızı Azərbaycanda dünyaya gətirəsiniz. Bu, mənim yaddaşımda qaldı. Amma Əfşar uşağı Azərbaycandan kənarda dünyaya gətirməyimdə israr edəndə məndə bir şübhə yarandı. Mən bu danışığı Əfşara dedim. Əfşar yenə də uşağın nə Azərbaycanda, nə də İranda dünyaya gəlməsini israrla istəmirdi. Ortaya çox maraqlı təzad çıxdı. Onda mən dedim ki, Əfşar, maraqlarımız toqquşur, gəl 3-4 dərman atım, elə ana bətnində uşaq zəhərlənib ölsün. Deyərəm ki, bilmədim, dərman atdım, uşaq tələf oldu. Cavabı bu oldu ki, mən o uşaqdan ötrü cərrahi əməliyyata girmişəm, bu saat DİN-ə zəng edərəm, səni gəlib evdən götürüb həbs edərlər. Məsələ belə də qaldı. Uşaq 2008-ci il iyulun 22-də dünyaya gəldi. Hələ uşağın dünyaya gəlməsinə 1 həftə qalmış “Azərbaycandan çıx” deyib özünü öldürürdü. Amma mənimlə getməyə razılaşmadı. Uşaq Bakıda Leyla Şıxlinskayanın Klinikasında dünyaya gəldi, bundan sonra aramızda ciddi problemlər yaşanmağa başladı. Əfşar iddia elədi ki, mən onu aldatmışam, o, uşağın İstanbulda Alman Klinik Xəstəxanasında, ya da Fransada dünyaya gəlməsini istəyib, amma mən istəməmişəm. Mənə İran vətəndaşlığını qəbul etməyi təklif elədi, razılaşmadım. Beləcə maraqlarımız toqquşdu, uşaq dünyaya gələndən 12 gün sonra mübahisələr davaya döndü.
- Belə çıxır ki, ona qədər aranızda ciddi problem olmamışdı.
- Ona qədər xəyanətlər etmişdi, Əfşarı qadınlarla tutmuşdum. O qadınların içərisində jurnalistlər də, ictimaiyyətdə tanınanlar da vardı. Əfşar onu da deyirdi ki, keçmişindən qorxur, bu qadınların onu şantaj edəcəyindən ehtiyatlanır. Mən xəbərdarlıq edirəm, Əfşar məni o həddə gətirib çıxarmasın ki, o qadınlarla Əfşarın fotoşəkillərini, danışıq disklərini də mediaya təqdim edim.
Mən uşaq anadan olandan 12 gün sonra 2 vəkil çağırdım. Çünki uşaq anadan olandan sonra ona sənəd almalıyam, peyvəndləri olmalıdır. Vəkillər mənə məsləhət gördülər ki, gəlin atalığın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edək. Çünki Əfşar gəlmirdi. O vəkillərdən Elçin Qəmbərov uşaq anadan olandan bu günə qədər bu hadisənin canlı şahididir. Elçin Qəmbərov dedi ki, Əfşar Süleymani gəlməyəcək, başın ağrıyacaq, gəl atalığın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edək, sənin Azərbaycanda da rəsmi nikahın yoxdur. Mənim Azərbaycanda da, İranda da kəbinim olub, rəsmi nikahım olmayıb.
Beləliklə, Elçin Qəmbərovla müqavilə bağladım, Nəsimi Rayon Məhkəməsinə müraciət olundu. O vaxta qədər Əfşarla sərasər mesajlaşdıq. Əfşar yazırdı ki, sən mənə xəyanət etdin, uşağı Azərbaycanda dünyaya gətirməməli idin. Ona dedim ki, mən məhkəməyə müraciət edirəm, sonra problemlər yaşayacaq, qəzet səhifələrindən düşməyəcəyik, sən də, mən də tanınmış insanlarıq. Əfşar dedi ki, sən məni məhkəməyə verməsən... Məhkəməyə verdim. 2009-cu il noyabrın 14-də mən məhkəmənin qətnaməsini aldım, Əfşar noyabrın 19-da Azərbaycanın daxili işlər nazirinə müraciət etdi.
Yeri gəlmişkən, noyabrın 9-da Əfşarın Azərbaycana gəlməsindən xəbər tutmuşdum. Soruşdum ki, haradasan, dedi ki, Misirdəyəm. Xətai prospektində ofis var, orada idi, çöldən baxanda içəri görünürdü, onu görürdüm. O ofis Əfşar Süleymaninin biznes şəriki İbadinindir. Dedim ki, mən də Misirdə, sənin oturduğun yerdə, qapının ağzındayam, çölə bax, məni görəcəksən. Bu hadisələr olanda yanımda adamlar olub. Aşağı düşmədi. Noyabrın 19-da daxili işlər nazirinə müraciət edib. Gəncəyə uşağa qurban kəsməyə getmişdim. Noyabrın 22-də Tərtərə qayıdanda polisdən gəlib mənə dedilər ki, Bakıya qayıtmalısınız. Soruşdum ki, Əfşarla bağlı məsələdir? Lent.az-a müsahibəsində deyir ki, Şəmsiyyə BMCMİ-yə aparılan sonra məhkəməyə müraciət edib. Ancaq mən BMCMİ-yə aparılanda məhkəmənin hökmü əlimdə idi. Məni BMCMİ-yə gətirdilər. Orada mənə dedilər ki, Əfşar məndən şikayət edib. Mən o dövrdə özümlə bağlı siyasi məsələlərə görə yaşadığım evi etibarlı insan kimi rəfiqəmin adına almışdım.
- O evi öz pulunuzla almısınız?
- Bəli. Bu, Əfşarla münasibətdən əvvəl olub. Əfşar həmin rəfiqəmlə əlaqəyə girib, ikisi birlikdə məndən şikayət ediblər. Guya Əfşarın evinə girmişəm, evindən çıxmıram. Elçin Qəmbərov məhkəmənin qərarını BMCMİ-yə gətirəndə mat qaldılar. Məndən soruşdular ki, məhkəmə qərarından başqa Əfşarla evli olduğunu sübut edən 3-4 adam varmı? Dedim ki, telefonumu götürün, nömrəsi olan istənilən adama zəng edin, kimi istəyirsiniz, çağırın. Götürüb araşdırdılar, dedilər ki, yaxşı, başımız ağrımasın, bu protokola qol çəkin, Əfşara 400 min pul ödəyərsiniz. Dedim ki, istəyirsiniz 10 milyon yazın, verəcəyəm.
- Niyə belə vəd verdiniz?
- Məni 4 gün orada saxladılar, uşağa süd verə bilmədim. Qara paltar geyinmişdim, bütün paltarın yaxasına süd axmışdı. Pis gündə idim. Anam infarkt keçirmişdi, uşağa vəkillərim Elçin Qəmbərovla Tərlan baxırdı. Axırda vəkillər gedib rayondan xalamı gətiriblər. Xalam gələndən 2 saat sonra məni BMCMİ-dən buraxdılar. Dedim ki, nə deyirsiz, qol çəkim, çıxıb gedim, siz də araşdırın, mən də faktlarımı təqdim edəcəyəm, onları da araşdırın. Məni buraxdılar. Gəlib sənədləri topladım, Alman Klinik Xəstəxanasına getdim, sənədlərimi gətirib BMCMİ-yə təqdim etdim. Mən BMCMİ-yə gələndən sonra Əfşar gedib özünə vəkil tutub. Vəkil Nəsimi Rayon Məhkəməsinə gəlib ki, qiyabi hökm çıxarılıb, hökm ləğv olunsun, təzədən baxış keçirilsin. Etiraz etmədik. Soruşduq ki, Əfşar məhkəmədə iştirak edəcəkmi, “bəli” dedi, bir il məhkəmə uzandı. Yalandan deyir ki, Azərbaycana gələ bilməyib. Mən Tehran Məhkəməsinə şikayət edəndən sonra Əfşar 1 ay 27 gün İranda həbsdə olub, 2 ay da İrandan çıxmağa qoymayıblar. Bəs ondan sonra niyə Azərbaycana gəlməyib?
- İranda Əfşar hansı səbəbdən həbs olunub?
- Əgər diplomat xarici ölkə vətəndaşı ilə ailə qurursa, öz dövləti qarşısında bəyanat verməlidir. Azərbaycanda da belədir. İranda sadəcə, bununla bağlı tələb bir qədər də sərtdir. Ancaq o, artıq səfir olmadığı, təqaüdə getdiyi üçün çox incitmədilər. 1 ay 27 gün, 2009-ci ilin noyabr ayından dekabr ayına qədər həbsdə saxlayıb, sonra buraxdılar. BMCMİ-i bu məsələni araşdırdı. Mən də dedim ki, qərar verin ki, ya burada cinayət tərkibi yoxdur, yaxud da cinayət işi qaldırın. Onlar məsələni belə də saxladılar. Nə qərar verdilər, nə də cinayət işi qaldırdılar. Nəsimi Rayon Məhkəməsində proses gedən zaman Əfşar İrandan Azərbaycana gəlirdi və mən onun sərhədi keçməsi barədə kağız alıb gətirirdim ki, sərhədi keçib, məhkəməyə gəlmir. Ekspertiza təyin olunur, mən, uşaq, vəkil ekspertizanın binasının qarşısında saatlarla gözləyirdik, Əfşar ekspertizadan yayınırdı.
- Ancaq indi Əfşar Süleymani Nəsimi Rayon Məhkəməsində atalıq hüququnun təyin edilməsi ilə bağlı keçirilən məhkəmə prosesindən xəbərsiz olduğunu, ikinci prosesə gələ bilmədiyini söyləyir və indi bununla bağlı Apelyasiya Məhkəməsinə üz tutacağını söyləyir. İndi Əfşar Süleymaninin ekspertiza ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi nədir?
- Əvvəlcə onu deyim ki, Nəsimi Rayon Məhkəməsində proses gedərkən Əfşar Süleymani müəyyən adamlar vasitəsilə mənə və məhkəməyə təzyiq etməyə çalışırdı. Bu alınmadı. Əfşarın vəkili apelyasiya şikayəti verəndə ona dedilər ki, sizə verilən etibarnamə ilə yalnız Nəsimi Rayon Məhkəməsində iştirakınız mümkündür, Apelyasiya Məhkəməsinə şikayət versəniz, gərək Apelyasiya Məhkəməsi üçün etibarnamə təqdim edəsiniz, Əfşarla yeni müqavilə bağlayasınız. Əfşarın vəkili olan Fəxrəddin müəllim də dedi ki, bu, uşaq-qadın məsələsidir, mən bu məsələdə yoxam. Məhkəmə oldu, qətnamə qəbul olundu, mən təzədən Əfşarın Ədliyyə Nazirliyindəki dostunun yanına getdim. Ona deyirəm ki, mən alimentin ödənilməsi üçün İran dövlətinə müraciət edəcəyəm və sənədlərimi gətirəcəyəm, göndərin. Ədliyyə Nazirliyindəki dostuna bu sözləri deyəndən 20 gün sonra Əfşar təzədən Azərbaycana gəlib, indi bu hoqqanı çıxarır.
Əfşar onu düz deyir ki, hazırda BMCMİ-də araşdırma aparılır. Araşdırmanın nəticəsinin nə olacağını nə Əfşar, nə Şəmsiyyə deyə bilər. Məsələyə hüquqi qiymət veriləcək. Amma söhbət onun apelyasiya şikayət vermək müddətinin bitməsindən gedir. Normal adam bilmək istəyirsə ki, bu eynək onundur, yoxsa oğurlamışam, bunu ekspertizada təyin etməyə nə var?! Hər ikimiz ekspertizaya gedib, DNT testi verməklə uşağın atalığını təyin edə bilərik.
- Bəs Apelyasiya Məhkəməsinə müraciət etməkdə Əfşar Süleymaninin məqsədi nədir?
- Ancaq vaxtı uzatmaq. İstəyir ki, mən alimentlə bağlı İran dövlətinə, məhkəməsinə müraciət edə bilməyim. Orada da məhkəmənin hökmündən Ədliyyə Nazirliyinə protest verib ki, burada əlinə bir sənəd alsın, İranda gedən məhkəməni də dayandırsın.
Bir daha deyirəm ki, İstanbuldakı Alman Klinik Xəstəxanasında onun embrionunu mənə köçürdülər, uşaq oldu. Onun dəsti-xətti, imzası var. Həmin sənəd indi əlimdədir, sizə təqdim edəcəyəm, sürətini saytda verərsiniz. Əfşar orada yazıb ki, “Mən Əfşar Qədir oğlu Süleymani embrionumun Şəmsiyyə Bəylərqızına köçürülməsinə razılıq verirəm”. Onun spermasının qalan dondurulmuş hissəsi də Azərbaycana gətirilib, buradakı xəstəxanalardan birində saxlanılır.
- QHT ilə bağlı məsələ nədir? O, sizin Beynəlxalq Ekspertiza və Müdafiə Mərkəzi adlı QHT-nin olması barədə ona yanlış məlumat verdiyinizi söyləyir?
- Mən Əfşarın adını çəkdiyi QHT-ni yaratmışam, onu qeydiyyatdan keçirməyiblər. Başqa bir QHT-ni qeydiyyatdan keçiriblər. Nə dəxli var, mən ictimai əsaslarla işlətmişəm. Bunun uşağa, cinayət tərkibinə nə dəxli var? O qədər təşkilatlar var ki, uzun müddət qeydiyyatdan keçməmiş fəaliyyət göstəriblər, gərək onların rəhbərləri həbs ediləydi? Əfşar Azərbaycanın qanunlarını bilmir, məntiqsiz danışır. Lent.az-a müsahibəsində Əfşar deyir ki, əlində sənədlər var, təqdim edəcək. Təqdim etsin. Bütün sənədlər ekspertizaya göndəriləcək. Onun əlində olan sənədlər əsli deyil, surətidir. Gedib versin, nə istəyir, ekspertiza etsin. O bədbəxt insandır. Bu gün Azərbaycanda Səhiyyə Nazirliyinin xəstəxanalarından birində Əfşarın sperması saxlanılır. Əfşar fərqindədirmi ki, BMCMİ həmin spermanı götürüb ekspertizaya verər. Adamdan soruşarlar ki, sən bunu haradan almısan, oğurlamısan? Adamın gözünü çıxararlar. Alman Klinik Xəstəxanasında milyonlarla pul versən də, onu götürmək mümkün deyil. Əfşar Süleymani normal qaydada bu xəstəxanaya müraciət edib. Əfşar 1 il əvvəl ürəyindən əməliyyat olunduğu üçün cərrahiyə əməliyyatı təhlükəli idi. Əfşar orada sənəd imzalayıb ki, ölsə, həkim cavabdeh deyil. Cərrahi əməliyyat o anlaqlı şəkildə olan zaman aparılıb, indi də ağzına gələni danışır. Cərrahi əməliyyat olunan zaman heç bilinmirdi ki, onun normal uşaq dünyaya gətirmək qabiliyyəti var, yoxsa yoxdur. Çünki Azərbaycanda demişdilər ki, normal uşaq dünyaya gətirmək qabiliyyəti yoxdur. Təzədən İstanbulda həkim onu müayinə edib, uşaq dünyaya gətirmək qabiliyyətinin olduğunu deyəndə elə sevinirdi ki... İndi deyir, şəkillər montajdı, mən niyə şəkilləri fotomontaj etməliyəm? Elə qazandığım pulları verib, ömrümü fotomontajlarda keçirəcəm? Nəyimə lazımdır?
- Uşaqla bağlı anlaşılmazlığı şərh etdiniz. Bəs pul problemi haradan ortaya çıxdı?
- Əfşar Süleymani Azərbaycanda səfir olanda İranda bir şirkətdən Azərbaycandan İrana yeni aviareys açmaq üçün 860 min avro götürmüşdü. Sərində daş karxanası, Bəndər Ənzəlidə də dənizin qırağında 10 “domik” tikdirib, icarəyə vermişdi. Onların üçünü satıb, borclarını verib.
- Həmin villalar indi də durur?
- 7 villa indi də durur. Normal qaydada sorğu verməklə İran dövlətindən bunu da öyrənmək mümkündür. Əfşar özünə biznes qurub, bunun mənə nə aidiyyatı var? Bizim bir yerdə cərrahiyyə əməliyyatına, gəlib-getməyə, uşağın şəkər testinin müəyyən olunması və başqa işlərə xərclədiyimiz cəmi 129 min dollardır. Bu işlər üçün pulları vermək onun borcu idi. Mən normal qaydada bir nəfərlə ailə qurub, normal qaydada bir uşaq da dünyaya gətirə bilərdim. Mənə nə lazım idi ki, bıçaq altına düşüm? İndi nə istəyir? Sonra Əfşar Azərbaycanda yol çəkmək adı ilə xalası oğlundan pul aldı. O sənədləri harada düzəldib, xəbərim yoxdur. Mən əlimdəki sənədləri təqdim edirəm, bunlarda Əfşarın imzası var. Kimsə mənim pasportumda mənim xəttimlə nə isə yazıb, imza ata bilər? Yox! Yalnız mən pasportumun surətini çıxarıb, bunu edə bilərəm. Mən Əfşara zorla bunları yazdırmamışam ki?! Pul məsələsi ilə mənim bu və ya digər formada əlaqəm yoxdur. BMCMİ-də imzaladığım protokolu əlinə alıb, gedib hamıya deyir ki, 1 milyon 200 min alacağım var, filan qadına vermişdim, batıb. Hələ Azərbaycan dilində çıxan Ərdəbil qəzetləri Əfşar Süleymaninin səfirlik müddətinin sonuna yaxından başlayaraq yazır ki, səfir 860 min avronu “yeyib”. Xalası oğlundan aldığı 300 min pulun 200 minini ona verdi ki, bir az sakit olsun. Sonra özünün 170 kvadrat metrlik evi vardı, onu satdı, gedib Tehranda birinci ailəsinə 470 kvadrat metrlik ev aldı. Mənim günahım nədir, niyə ittiham olunmalıyam?
- İndi 860 min avronu qaytarır?
- Bəndər Ənzəlidə olan 3 villasını satıb, o pulu qaytardı. İndi mən haray çəkim ki, məni rəfiqəmin adına aldığım evdən qanun onun tərəfində olduğu üçün çölə atıblar? Qanun onun tərəfində olduğu üçün evimdən çölə atdılar, dinmədim. Heç cür sübut edə bilməzdim ki, bu pulu verib filankəsdən rəfiqəmin adına ev almışam. Deyəcəkdilər ki, niyə öz adına almamısan? Sakitcə çıxdım.
Mən onun xəyanətləri barədə də geniş danışmaq istəyirəm. Əfşar, Azərbaycanda 7-ci qadınam ki, əsəblərimlə oynayıb. Mən rəsmi şəkildə Astara sərhəd-keçid məntəqəsindən keçərək İrana gəlin getmişəm. Düz deyir, tək olmamışıq, 3-4 yox, yanımızda 8 adam olub. Bunu həmin gömrükdəki işçilər də təsdiqləyə bilərlər. İnsan, səfir bu qədər məsuliyyətsiz ola bilərmi? Anlaya bilmirəm.
- Əfşarı sevmişdiniz?
- Bəli. Elə sevginin əzabını çəkirəm.
- Bir övladınız var, böyüyəcək, atası ilə maraqlanacaq. Nə cavab verəcəksiniz, çətin olmayacaq ki?
- Mən ona görə də Əfşara deyirdim ki, bir oğlan uşağını dünyaya gətirmək çox çətindir, qız uşağını böyüdə bilərəm. Oğlan uşağıdır, dünyaya gələndə sənin haqqında nə deyəcəm? Uşaq ağlı kəsəndə atasının onun haqqında qəzet səhifələrində dediklərini görəndə nə əzab çəkəcək? Çox güman ki, mən bu uşağı Azərbaycanda böyütməyəcəm. Çünki bu, faciədir.
Əfşarın birinci xanımından olan oğlu Mehdi Süleymani İranda psixoloji dispanserdə yatır. Bu, birinci yoldaşı ilə o qədər mübahisə, dava-dalaşa edib ki, o yazıq uşaq psixi xəstə olub. Qızı da miqrendir, beyin xəstəliyi var. Bu uşağı da o, həmin uşaqların gününə salacaq. Bu qalmaqal davam edəcək. Bundan sonra ekspertiza sübut edəcək ki, bu uşaq bunundur. Bir il itəcək, sonra gələcək ki, mənim uşağımı verin, uşağımla görüşmək istəyirəm, Şəmsiyyə Bəylərqızı mənə uşağımla görüş vermir. Bu olayları biz yaşayacağıq. Bu, elə adamdır. Üzük barmağıma taxılmamışdan öncə Əfşarın 7 arxa dönənini araşdırdım. Bilsəydim ki, Cənubi Azərbaycandan sevdiyim bir türk kişisi məni bu qədər bəlalara düçar edəcək, ailə qurmaqdan, övladdan imtina edərdim ki, bu qədər qalmaqalı yaşamayım. Bu cür olmaz. Mən onu qınamıram da. O, anasından başqa heç kimi istəmir. Onda övlad, qardaş, bacı hissi yoxdur. Hazırda da anası ilə yaşayır. Deyir ki, yoldaşım var. Çox gözəl. Ona sual verən yoxdur ki, niyə Ərdəbildə qalırsan, Tehranda ailənlə niyə yaşamırsan?! 2008-ci ilin sentyabrında Əfşarın atası Qədir Süleymani rəhmətə getdi, yasın ortasında uşağın dünyaya gəldiyini bildilər, aləm bir-birin dəydi, qalmaqal düşdü. Əfşar demişdi ki, düzdür, evlənmişəm, uşağım olmayacaq. Arvadı biləndə ki, cərrahi əməliyyata gedib, uşaqlarla onun görüşməsinə qadağa qoydu. Əfşarın macərası burada bitir. Ardını BMCMİ ilə Apelyasiya Məhkəməsi deyəcək...
Ramiz Mikayıloğlu

6270