İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik tutulub
Polisin təqibindən qaçmaq istəyən cinayətkarların maşını aşıb
Daxili İşlər Orqanlarının əməkdaşları İran İslam Respublikasından ölkəmizə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıblar. DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, Astara RPŞ-yə daxil olmuş əməliyyat məlumatına əsasən fevral ayının 13-də saat 04.00 radələrində Kələdəhnə kəndi ərazisində şübhə doğuran “Tofaş” markalı avtomaşına polis əməkdaşları tərəfindən saxlama işarəsi verilib. Lakin sürücü tabeçilik göstərməyərək idarə etdiyi avtomaşını polis əməkdaşlarının üstünə sürüb və hadisə yerindən qaçıb.
Polislər tərəfindən təqib edilən həmin avtomaşın Şahağacı kəndinin yaxınlığında yoldan çıxaraq maneəyə dəyərək aşıb.
Avtomaşının sürücüsü, Bakı şəhər sakini Abbas Abbasov və sərnişin, Ağstafa rayon sakini Məhəmməd Həsənov tutulublar.
Avtomaşına baxış zamanı 40 kiloqram həşiş aşkar edilərək götürülüb, xəsarət almış A.Abbasov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.

Oxşar yazılar

Şəkidə 11 yaşlı uşaq müəmmalı şəraitdə öldü
25 avqust 2025 , 10:19
Bakıda daha bir İran aşiqi həbs edildi
25 avqust 2025 , 09:50
“Sədərək” ticarət mərkəzindəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
25 avqust 2025 , 09:35
Qəbələdə fındıq bağında narkoplantasiya aşkarlandı
25 avqust 2025 , 09:21
Ağstafada 37 yaşlı kişini maşın vurdu
25 avqust 2025 , 08:00
İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33