Xaçmazda yaşayış evi yanıb
04 sentyabr 2010 10:50 (UTC +04:00)

Xaçmazda yaşayış evi yanıb

Xaçmaz rayon ərazisində yanğın baş verib. Lent.az-ın məlumatına görə, hadisə bu gün gecə saatlarında Xaçmazın Manafoba kəndində qeydə alınıb.

Kənd sakini Əzizağa Muradova məxsus bir mərtəbəli, 3 otaqlı yaşayış evi yanaraq külə dönüb. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. 100 kvadrat metrlik ərazi tamamilə yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb, xəsarət alan yoxdur. Hadisənin baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar