Bu gün «Gündəlik Bakı» ilə Mətbuat Şurasının məhkəməsidir
Qəzet Şuranın «reket» qərarını geri götürməsini istəyir
Fevralın 23-də saat 15:00-da 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” ictimai-siyasi qəzetinin Mətbuat Şurasına qarşı irəli sürdüyü iddia üzrə məhkəmə iclası keçiriləcək. Bu barədə Lentya qəzetdən məlumat verilib. Qəzetin baş redaktor müavini Vazeh Bəhramoğlunun verdiyi məlumata görə, məhkəmə prosesinə bütün mətbuat nümayəndələri dəvətlidir: «Biz məhkəməyə bütün mətbuat nümayəndələrini dəvət edirik. Ötən dəfə keçirilən hazırlıq prosesində xeyli sayda mətbuat işçisi məhkəmənin gedişini izləyirdi. İnanırıq ki, bu dəfə də belə olacaq. Biz pozulmuş hüquqlarımızı müdafiə edirik. Məhkəmədən ədalət gözləyirik. Mətbuat Şurasının qərarının haqsız yerə çıxarılması çox güman ki, sonda sübut olunacaq».
Qeyd edək ki, qəzetin məhkəməyə müraciət etməsinə səbəb Mətbuat Şurasının 30 dekabr 2009-cu il tarixində «Gündəlik Bakı»nı «reket» nəşrlər sırasına daxil etməsidir. Qəzət rəhbərliyi iddia ərizəsində tələb edir ki, Mətbuat Şurası bu qərarı ilə bağlı təkzib versin, qəzetin «reket» nəşr elan olunması ilə bağlı qərar ləğv edilsin və dəymiş maddi-mənəvi ziyana görə 100 təzminat ödənilsin.

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18