Gürcüstan həbsxanasından 10-12 azərbaycanlı azadlığa çıxacaq
Dekabrın 9-da Gürcüstanda cəzaçəkmə müəssisələrindən 50 məhbus azad olunacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə cəzaların icrası və hüquqi yardım nazirliyindən bildirilib. Məlumata görə, dekabrın 8-də nazirlikdə vaxtından əvvəl azadetmə komissiyasının növbəti iclası keçirilib. Tədbirdə 300 məhbusun ərizəsinə baxılıb. Komissiyanın qərarına əsasən, dekabrın 9-da cəzaların icrası müəssisələrindən 50 məhbus, o cümlədən 2 qadın və 2 nəfər ağır xəstə məhbus azad ediləcək.
Dekabrın 9-da isə prezident yanında Əfv komissiyasının növbəti iclası keçiriləcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə komissiyanın sədri Yelena Tevdoradze APA-nın əməkdaşına açıqlamasında bildirib. Onun sözlərinə görə, komissiyada 400 məhbusun ərizəsi müzakirə olunacaq.
“Ümid edirəm ki, 200 nəfər məhbusu əfv edəcəyik. Çünki komissiyaya təqdim olunan ərizələrin içində yüngül cinayət edənlərin ərizəsi çoxdur, ağır cinayət törədən məhbuslar isə bizə müraciət etməyiblər. Sözsüz ki, keçən iclasda olduğu kimi, bu dəfə keçirilən iclasda da azərbaycanlı məhbusların ərizəsi də müzakirə olunacaq.
Düşünürəm ki, 10-12 nəfər azərbaycanlı məhbus azadlığa buraxılacaq” –deyə, Yelena Tevdoradze bildirib.

Oxşar yazılar

Bakıda külək maşını belə aşırdı - POLİSDƏN MÜRACİƏT
28 avqust 2025 , 10:06Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralananlar var - YENİLƏNİB
28 avqust 2025 , 09:45
Zərdabda QANLI OLAY: dəhrəni belinə sancdı
28 avqust 2025 , 09:23
Bakıda tələbə qız qəfil öldü
28 avqust 2025 , 08:53
Oğlunun bıçaqladığı kişi xəstəxanada öldü
27 avqust 2025 , 21:20
İki il əvvəl itkin düşən qız tapıldı: qətldə ittiham olunur
27 avqust 2025 , 19:59
Bilgəhdə meyit tapıldı
27 avqust 2025 , 19:33