Bakıda metrodan çıxan şəxsi soydular
04 dekabr 2012 12:18 (UTC +04:00)

Bakıda metrodan çıxan şəxsi soydular

Dekabrın 3-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifli küçəsində, 100 saylı binanın qarşısında naməlum şəxslər 1979-cu il təvəllüdlü Məmmədov Efrayiz Şura oğluna yaxınlaşıb. Həmin şəxslər bıçaq çıxararaq E.Məmmədovu hədələyiblər və üstündəki 221 manat pulu götürərək qaçıblar.

E.Məmmədov şikayət ərizəsində bildirib ki. Həmin vaxt metronun “Qara Qarayev” stansiyasından çıxaraq evinə gedirmiş. Hazırda soyğunçuluq əməlini törətmiş şəxslərin kimliyi müəyyənləşdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665

Oxşar yazılar