Bakıda 17 yaşlı oğlanı öldürən sinif yoldaşı tutuldu
30 noyabr 2012 17:03 (UTC +04:00)

Bakıda 17 yaşlı oğlanı öldürən sinif yoldaşı tutuldu

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 5-ci mikrorayonda 1995-ci il təvəllüdlü Kazımov Kamil Mübariz oğlunu bıçaqlayaraq qətlə yetirən şəxsin onun sinif yoldaşı 1995-ci il təvəllüdlü Cəfərli Tural Rasim oğlu olması müəyyən edilib. T.Cəfərli tutulub. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, Masallı rayon sakini olan 17 yaşlı K.Kazımov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3082

Oxşar yazılar