Rafiq Tağının qətlli ilə bağlı növbəti rəsmi məlumat
29 noyabr 2012 11:41 (UTC +04:00)

Rafiq Tağının qətlli ilə bağlı növbəti rəsmi məlumat

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Baş Prokurorluq həmin məlumatların cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyini bildirərək, təkzib edib: “Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilib. Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Göstərilənlərlə yanaşı R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21