Gürcüstanda təlimdə azərbaycanlı əsgər həlak olub
23 noyabr 2012 19:46 (UTC +04:00)

Gürcüstanda təlimdə azərbaycanlı əsgər həlak olub

Gürcüstan Silahlı Qüvvələrinin Krtsanisi təlim mərkəzində döyüş sursatının partlaması nəticəsində 1 hərbi qulluqçu həlak olub.

APA-nın “Qruziya Online” xəbər saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Müdafiə Nazirliyi ölən əsgərin Məmməd Quliyev adlı sıravi olduğunu açıqlayıb. Açıqlamada deyilir: “Bu gün Krtsanisi Təlim Mərkəzində bədbəxt hadisə baş verib. Öz xidməti vəzifəsini yerinə yetirərkən sıravi Məmməd Quliyev həlak olub. Saat 12.00 radələrində M. Quliyev poliqonda dolaşarkən hərbi sursat aşkarlayıb. İlkin məlumatlara görə, o, özbaşına mərmini sökərək yerbəyer etmək istəyib və ehtiyatsızlıq üzündən partlayış baş verib. M. Quliyev hadisə yerində keçinib. Olay yerinə Silahlı Qüvvələrin rəhbərliyi və kriminalist ekspertlər gedib”.

M. Quliyevin dəqiq ölüm səbəbini istintaq müəyyən edəcək. O, Gürcüstan ordusunda 3 ay xidmət keçib. Gürcüstan Müdafiə Nazirliyi faktla əlaqədar əsgərin ailəsinə başsağlığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21