Fiziki şəxslər bir əziyyətdən qurtulacaqlar
23 noyabr 2012 16:18 (UTC +04:00)

Fiziki şəxslər bir əziyyətdən qurtulacaqlar

Fiziki şəxslər sosial sığorta ödəmələri ilə bağlı hesabat verməkdən azad olunacaqlar.

Lent.az-ın verdiyi məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov söyləyib.

Səlim Müslümov deyib ki, bununla bağlı layihə Nazirlər Kabinetinə təqdim olunub. Onun sözlərinə görə, fiziki şəxs kimi qeydiyyatdan keçən şəxslər işçi götürmədikləri halda sosial ödəmələrlə bağlı hesabat verməyəcəklər. Lakin fiziki şəxs fəaliyyət dövründə işçi götürübsə, bu halda hesabat verməli olacaq. DSMF sədri torpaq mülkiyyətçilərinin də sosial ödəmələrlə bağlı hesabat verməkdən azad olunmasını istədiklərini bildirib: “Bu da təqdim etdiyimiz layihədə əksini tapıb. Gələn ilin yayından bu qaydanın qüvvəyə minəcəyini gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1909

Oxşar yazılar