Azərbaycanlı qadın özünü niyə yandırıb? - TƏFƏRRÜAT
“Mən sizin qarşınızda təmizəm. Heç bir günahım yoxdur”.
Dünən Moskvada özünü yandıran 33 yaşlı Vüsalə Cəlilova bu məzmunda məktub yazıbmış. Lent.az-ın məlumatına görə, Cəlilova məktubu əri Eynura və qardaşı Natiqə ünvanlayıbmış.
Xatırladaq ki, dünən Moskvada 33 yaşlı azərbaycanlı qadın özünü yandırıb. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Vüsalə Cəlilova adlı qadın 1213 saylı məktəbdə intihar edərək özünü öldürüb.
Məlumata görə, qadını üç oğlu olub. Həmin məktəbdə onun İslam və Kənan adlı iki uşağı təhsil alırmış. Azərbaycanlı qadın məktəbə 4 yaşlı oğlu Vüsalla gəlib.
Qadının əlində içi benzinlə dolu bidon olub. Məktəbdən azca aralı qəfil benzini üstünə tökərək od vurub. Hadisənin şahidlərini dediyinə görə, qadını xilas etmək bəlkə də mümkün olarmış. Amma alov o qədər güclü olub ki, yaxınlaşmağa heç kim cürət etməyib. Qadın aldığı ağır yanıq xəsarətindən dünyasını dəyişib.
“Həmin qadının özünün yandırmasının məktəbə heç bir aidiyyatı yoxdur. Onun uşaqları bizim məktəbdə oxuyur. Yəni bu intiharın məktəblə heç bir əlaqəsi ola bilməz. Amma danışırlar ki, onun həyat yoldaşı ilə münasibətləri gərgin olub. Onu hər gün döyürmüş. Elə məktəbə gələndə də sifətində göyərti olub. Bir sözlə bu məsələnin bizim məktəbə heç bir aidiyyatı yoxdur”.
Bu sözləri Lent.az-ın müxbiri ilə söhbətində Moskvadakı 1213 saylı məktəbin direktoru Siliverstova Anna Yevgeniyevna bildirib. Anna Yevgeniyevnanın dediyinə görə, hazırda istintaq gedir və onun əlavə nəsə danışmağa ixtiyarı yoxdur.
Məlumata görə, Vüsalə Cəlilova həmin məktubu nədənsə yaşadığı mənzildəki soyuducuya qoyubmuş. Başqa bir məlumata görə, intihardan qabaq o, bacısına zəng edərək daha yaşamaq istəmədiyini, özünü öldürəcəyini deyirmiş. Vüsalə Cəlilovanın rəfiqələrindən biri isə istintaqa bildirib ki, o, həmişə sir-sifəti göm-göy, döyülmüş halda gəzirmiş.
Onun əri Eynur Cəlilov isə istintaqa verdiyi ifadədə deyilənləri qəti şəkildə təkzib edib. Bildirib ki, onun çox mehriban ailəsi olub və onlar xoşbəxt imişlər.
İstintaqın aparıldığı Moskva şəhər Timiryazevski rayon polis idarəsi isə intihar edən xanımın ölümündə başqa versiya üzərində işləyirlər. Söhbət Cəlilovanın hansısa naməlum tanışından gedir.
Qohumlarını dediyinə görə, bir qədər əvvəl Vüsalə bir azərbaycanlı qadınla tanış olub. Tezliklə bu tanışlıq dostluğa çevrilib. Həmin xanım Cəlilovadan tez-tez borc pul alırmış. Bir gün isə ondan 250 min rubl (təxminən 8 min 300 dollar) pul istəyib. Amma Cəlilova bu pulu verməkdən imtina edib. Həmin qadın isə Vüsaləni şantaj edərək bildirib ki, ərinə başqa bir kişiylə görüşdüyü barədə xəbər verəcək. Cəlilovanın əri də bu versiyanı ağlabatan sayır. Onun fikrincə, bütün bu şantajlara dözməyən həyat yoldaşı çıxış yolunu özünü yandırmaqda görüb.
Hazırda istintaq bütün versiyaları araşdırılır. Bundan başqa istintaqçılar Vüsalə Cəlilovanın yeni rəfiqəsinin kimliyi də müəyyən etməyə çalışırlar.
Səbuhi

4835