Qobustan həbsxanasında ömürlük həbsə məhkum edilmiş şəxs intihar edib
Noyabrın 21-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən 1962-ci il təvəllüdlü Məmmədov Elşən Əsəd oğlu özünü kameranın nəfəsliyindən asıb.
Məlumata görə, E.Məmmədov Cinayət Məcəlləsinin 120-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA

3849