Əli Abbasov Avropa Komissiyası vitse-prezidentinin iddiasına cavab verib
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa Komissiyasının vitse-prezidenti Neli Kros (Neelie Kroes) və onun siyasi məsələlər üzrə köməkçisinin noutbuklarının Bakıda kiber hücuma məruz qalması haqda iddialara münasibət bildirib.
APA-nın xəbərinə görə, Ə. Abbasov jurnalistlərə açıqlamasında deyib ki, hər hansı istifadəçi kiber hücuma məruz qalarsa, öz provayderinə müraciət etməlidir: “Hazırda ölkəmizdə 40-a yaxın provayder fəaliyyət göstərir. Həmin provayderlər kiber hücumları izləyir və nazirliyin Məlumat-Hesablama Mərkəzinə məlumat verir.
Mərkəz də həmin hücum faktını qeydə alır. Bizim provayderlərə və Məlumat-Hesablama Mərkəzinə heç bir müraciət daxil olmayıb. Biz o xanıma müraciət etmişik ki, hücumun vaxtını, kompüterin identifikasiya nömrəsini və kiber hücum vaxtı internetdə olublarsa İP ünvanını bizə bildirsin. Biz qısa müddətdə araşdırma aparıb məsələyə aydınlıq gətirə bilərik. Lakin təəssüf ki, bizə hər hansı cavab verilməyib”.
Xatırladaq ki, Bakıda keçirilən 5-ci beynəlxalq İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti N. Kros və onun siyasi məsələlər üzrə köməkçisi Rayan Hit notbuklarının kiber-hücuma məruz qaldığını iddia ediblər.

856