Azərbaycanda həbsdə olan “vəhhabi”lərin adı “siyasi məhbus” siyahısında
20 noyabr 2012 12:57 (UTC +04:00)

Azərbaycanda həbsdə olan “vəhhabi”lərin adı “siyasi məhbus” siyahısında

Bu barədə APA-ya dindarların vəkili Cavanşir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudov bu ilin avqust ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan dindarların istintaqı hələ yekunlaşmayıb. Onların qanunsuz həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Həmin müraciətlər əsasında onların adı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısına daxil edilib. C. Süleymanov onların siyasi məhbus siyahısına düşməsi barədə məktub aldıqlarını qeyd edib: “Onların məsələsinə Avropa Şurası Parlament Assambleyasının gələn ilin yanvarında keçiriləcək iclasında baxılacaq”.

Qeyd edək ki, adları siyasi məhbus siyahısına daxil edilən şəxslərin hər ikisi “vəhhabi” təriqətinin üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2698

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10