Dağüstü parkda polisi vurdular – EKSKLÜZİV - TƏFƏRRÜAT
Noyabrın 19-da Bakı şəhərinin Səbail rayonu ərazisində polislə vətəndaş arasında insident baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, saat 20:15 radələrində, Teymur Elçin küçəsi 3 ünvanının (“Gülüstan” sarayının yaxınlığı) qarşısında “Kia Rio” markalı avtomobil Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Babayev Aqşin Murad oğlunu vurub. Ağır bədən xəsarəti almış polis nəfəri Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.
Məlumata görə, hadisə A.Babayev xidmət apararkən baş verib. Ərazidə-Dağüstü parkda asayişi qoruyan polis əməkdaşı burada qızla sevişən bir gəncə xəbərdarlıq edib və ictimai nizam-intizama dəvət edib. Lakin həmin şəxs polislə mübahisəyə başlayıb. Daha sonra isə “Kia Rio” markalı avtomobilinə minərək polisi vurub. Həmin şəxs dərhal ərazidən uzaqlaşıb.
Hazırda A.Babayevi vurub qaçan şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Nizam RZA

Oxşar yazılar

Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
15 iyul 2025 , 05:08
Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33