Sabiq hərbi komissara 8,6 illik həbs cəzası
Bu gün Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölmə rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Samir Məmmədov 8 il 6 ay, Fəxrəddin Əliyev 5 il, Azər Xaliqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mirnazir Muxtarov isə 4 il sınaq müddəti təyin olunmaqla 8 il 6 ay müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirli bilinirlər.

2688