Bakıda “Qanlı baltalar” aksiyası hazırlanır
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi qadınlara qarşı zorakılıq hallarına etiraz etmək üçün tədbir keçirəcək. Birliyin sədri Mehriban Zeynalovanın Lent.az-a verdiyi xəbərə görə, “Qanlı baltalar” adı altında keçiriləcək tədbirdə əyalətdə və paytaxtda zorakılığa məruz qalan qadınlar haqqında müzakirələr aparılacaq, qadınlara qarşı zorakılığın müxtəlif aspektləri müzakirə ediləcək. Mehriban Zeynalovanın sözlərinə görə, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə yalnız kişilər iştirak edəcək. Belə ki, ölkənin tanınmış siyasətçiləri, deputatlar, ictimai xadimlər, mədəniyyət və incəsənət ustaları qadınlara qarşı edilən zorakılıq hallarının artmasının səbəbləri, eləcə də bunun qarşısını almaq üçün mübarizə yollarından danışacaqlar.
Birlik sədri bildirib ki, həmin gün “Qanlı baltalar” adlı “filəşmob” da keçirəcəklər. Belə ki, bir sıra qadınlar üzərində qanlı balta şəkilləri olan köynəklər geyinməklə öldürülən qadınların fotolarını qaldıracaqlar.
O, həmçinin əlavə edib ki, noyabrın 26-dan dekabrın 10-dək bu istiqamətdə bir sıra tədbirlər keçiriləcək. Həmin tədbirlər sırasına həyat yoldaşları tərəfindən zorakılığa məruz qalan qadınlara görüş də planlaşdırılır.
Qeyd edək ki, aksiyanın əsas məqsədi son vaxtlar Azərbaycanda qadınların zorakılığa məruz hallarının çoxalmasının müşahidə edilməsidir.
Jalə Məmmədli

6274