Biləcəridə eşqə düşmüş 70 yaşlı kişi aləmi qarışdırdı - TƏFƏRRÜAT
12 noyabr 2012 14:49 (UTC +04:00)

Biləcəridə eşqə düşmüş 70 yaşlı kişi aləmi qarışdırdı - TƏFƏRRÜAT

Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Biləcəri qəsəbəsində yaşayan İ.M. özünü balkondan atmaq istəyib.

Hadisə şahidləri və polis işçiləri kişini fikrindən döndərmək üçün 2-3 saat cəhd edib. Kişi isə kəlmeyi-şəhadətini deyərək özünü atacağını, həyata nifrət etdiyini, arvadının onu aldatdığını deyib. Uzun danışıqlardan sonra nəhayət ki, İ.M.-i fikrindən daşındırmaq mümkün olub.

İ.M. özünü öldürmək istəməsinin səbəblərini nikahdan kənar yaşadığı 63 yaşlı qadın Ə. A.-nın ona xəyanət etməsilə izah edib. İ.M. bildirib ki, artıq o da Ə.A.-nı sevmir və bu yaxınlarda görüb-bəyəndiyi 40 yaşlı qadına vurulub.

Qeyd edək ki, İ.M. ara-sıra Ə.A. ilə mübahisələr edib. O arvadın üzündən bir neçə dəfə özünü öldürmək istədiyini bildirib. Ə.A. isə kişinin yalan danışdığını, ona şər atdığını və havalandığını bildirib. Qonşuların və polisin apardığı danışıqdan sonra kişi sakitləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4121

Oxşar yazılar