Kulis.az-ın əməkdaşının evini yaran şəxs ələ keçdi
12 noyabr 2012 11:29 (UTC +04:00)

Kulis.az-ın əməkdaşının evini yaran şəxs ələ keçdi

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Nuriyev tutulub.

Müəyyən edilib ki, o, oktyabrın 14-nə keçən gecə Sabunçu qəsəbəsi Xəstəxanayanı küçəsində yaşayan Aminə Məmmədovanın evindən açıq qapıdan keçmə yolu ilə 670 manat, mobil telefon, şəxsiyyət vəsiqəsi, qızıl-zinət əşyaları, oktyabrın 25-nə keçən gecə Sabunçu qəsəbəsi şəhər şosesində yaşayan Mirmehdi Ağaoğlunun evindən açıq qapıdan daxil olma yolu ilə 3 ədəd mobil telefon, qızıl-gümüş üzük və noyabrın 6-da Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində yaşayan Azər Əmiraslonovun evindən açıq qapıdan keçmə yolu ilə mobil telefon oğurlayıb.

Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Y.Nuriyevin evinə girdiyi M.Ağaoğlu “Kulis.az” internet dərgisinin əməkdaşıdır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808

Oxşar yazılar