İşgüzar adamlar üçün Britaniya ulduz falı(12-18 noyabr)
11 noyabr 2012 07:51 (UTC +04:00)

İşgüzar adamlar üçün Britaniya ulduz falı(12-18 noyabr)

Bu həftə QOÇLAR, demək olar, bütün istiqamətlərdə sərt rəqabətlə üzləşəcəklər. Yaranmış vəziyyətdə son dərəcə ehtiyatlı olmalı, ağılla hərəkət edib hadisələri qabaqlamalısınız. Lakin bəzi hallarda arxeoloqlar mənasız mübarizədən əl çəkib, səbirlə bu narahat dövrün başa çatmasını gözləməyi məsləhət görürlər.

BUĞALAR badalaq gəlmək istəyən rəqiblərini gözdən qoymamalıdırlar. Digər tərəfdən işgüzar münasibətlər çox gərgin olduğu üçün təhlükəli küləyin hansı səmtdən əsdiyini müəyyənləşdirmək müşkül məsələdir. Qətiyyətli və sərrast addımlar atmaq üçün vəziyyəti hərtərəfli təhlil etməlisiniz. Yaxın dostlarınızı unutmayın. Onlar sizə yaxşı məsləhətlər verə bilərlər.

ƏKİZLƏR bu günlər narahatlıq içində olacaqlar. Məsələnin mahiyyətini soyuqqanlı şəkildə başa düşməyə çalışmalısınız. Onda düzgün qərar qəbul edə bilərsiniz. Diqqətinizi bir an belə əsas hədəfdən yayındırmamalısınız. Yadda saxlayın ki, işləməyən dişləməz, halva-halva deməklə də ağız şirin olmaz. Yəni hadisələri laqeydcəsinə izləməklə xeyli ziyana düşə bilərsiniz.

Mars planeti XƏRÇƏNGLƏRƏ müsbət təsir göstərəcəkdir. İşləməyə başladığınız yeni sahədə fəaliyyətiniz layiqincə qiymətləndiriləcəkdir. Lakin damarını tutduğunuz uğur mənbəyindən uzun müddət istifadə edə biləcəksinizmi? Hər şey öz əlinizdədir. Yeni işinizə başdansovdu deyil, uzunmüddətli layihə kimi yanaşmalısınız. Sonunda nə əkəcəksiniz, onu da biçəcəksiniz, yəni nə qədər səy göstərsəniz, bir o qədər qazanc götürəcəksiniz.

ŞİRLƏR bütün enerjilərini toplayıb böyük oyunlar oynamaqdan çəkinməməli, lakin ehtiyatı da əldə verməməlidirlər. İndiyədək potensialınızdan tam istifadə etməmisiniz. İndi isə bunu etməyin və işinizə yaradıcı yanaşmağın vaxtı çatıbdır. Diqqətinizi əsas məsələ üzərində cəmləməli, lakin xoşagəlməz sürprizlərə vaxtında reaksiya vermək üçün gözaltı hadisələri diqqətlə izləməlisiniz.

QIZLAR aktivlərini təftiş edib, bizneslərinə dəyişiklik və yeniliklər etmək barədə düşünməlidirlər. İş təqviminizdə yaranan qısa fasilə çoxdankı planlarınızı həyata keçirmək üçün bəhanə ola bilər. “Zehni hücum” və strateji məsələlərin tərəfdaşlarla müzakirə olunması nəticəsində səmərəli ideyalar ortaya çıxa bilər.

Bu həftə TƏRƏZİLƏRİN həyatında xeyli canlanma olacaqdır. İş cədvəliniz çox gərgin olacaq, səhər saatları çox sürətlə ötəcəkdir. Ulduzlar əlüstü qərar qəbul etməyi, əlaqələrinizdən maksimum faydalanmağı tövsiyə edirlər. Bədxərclik etməyin. Maliyyə durumunuzu əsaslı şəkildə yoxlamalısınız.

Səmada vəziyyət ƏQRƏBLƏRİN işgüzar fəallığına və maddi rifahına “xeyir-dua verir”. Ona görə də qarşınıza mümkün qədər iddialı məqsədlər qoymalısınız. İşin yarısı məqsədyönlü yanaşma hesabına görüləcəkdir. Buna baxmayaraq, özünüz üçün dəqiq zaman çərçivəsi müəyyənləşdirməlisiniz. Sonra asudə istirahət edə bilərsiniz. Sağlamlığınızın qayğısına qalmalısınız ki, iş ritminizi və yaxşı əhvalınızı qoruyub saxlaya biləsiniz.

OXATANLAR imkan və güclərini müdrikcəsinə sərf etmək bacarıqlarını ortaya qoyacaqlar. Əsası çox işləmək deyil, hədəfi düzgün nişan almaq və düzgün yol seçməkdir. Ulduzlar ayaq saxlayıb düşünməyi, yolunuza davam etməmişdən əvvəl “həyat mühərrikinin” sazlığını yoxlamağı məsləhət görür.

OĞLAQLARIN ideyaları həmişəki kimi aşıb-daşır. Bu həftənin uğurları gələcəyinizə sürətli təkan verəcəkdir. Yarımçıq qalmış köhnə işləri başa çatdırmağın əsl vaxtıdır. Müvəffəqiyyətə aparan yolda qarşınıza çıxan bütün maneələri dəf edə biləcəksiniz. Lakin tələsməyin ki, təndirə düşməyəsiniz.

DOLÇALARIN işləri aydınlıq içində olacaqdır. Lakin unutmayın ki, məqsəddən cüzi yayınma nəticəsində yenə çıxış nöqtəsinə
qayıdıb, keçdiyiniz yolu yenidən qət etməli olacaqsınız. Qorxmayın. Bu işin məharətlə gələcəksiniz.

BALIQLARI çox əlverişli bir həftə gözləyir. Bu günlər taleyüklü qərarların qəbul edilməsi, qeyri-adi insanlarla görüşlər, habelə hadisələrin uğurlu gedişatı gözlənilir. Sizdən bütün bu imkanlardan vaxtında istifadə etmək tələb olunur. Vacib informasiya alacaqsınız. Bu informasiyadan istifadə etməklə işlərinizdə uğur qazana bilərsiniz. Bu gərgin, lakin hadisələrlə zəngin həftə ərzində sərf etdiyiniz enerjini bərpa etmək üçün istirahət günləri yaxşıca dincəlməlisiniz.

AzərTac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2533

Oxşar yazılar