
Göyçayda “Uçan boşqab” görünüb – VIDEO
0
0
Göyçay səmasında naməlum uçan obyekt görünüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:00 radələrində Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt müşahidə olunub. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək şərqdən qərbə doğru hərəkət edib və yenidən yüksəkliyə qalxıb. Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametrli 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər. Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər. Sakinlər Göyçay səmasında buna bənzər obyektə bu ilin iyununda da rast gəldiklərini və həyəcan dolu anlar yaşadıqlarını bildiriblər.
0
0
Oxşar yazılar

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO
7 sentyabr 2025 , 22:18
Ağdaşda avtomobil aşdı, sürücü öldü
7 sentyabr 2025 , 21:14
Ermənistanda iki qardaş restoranda intihar etdi
7 sentyabr 2025 , 19:00
Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşdu, yaralılar var
7 sentyabr 2025 , 18:20
Goranboyda yük maşını mağazaya çırpıldı, yaralı var -FOTOLENT
7 sentyabr 2025 , 18:04
Gəncədə FACİƏ: ev uçdu, usta öldü -FOTOLENT -YENİLƏNİB
7 sentyabr 2025 , 16:37