Güney Azərbaycanda yenə zəlzələ olub
Güney Azərbaycanda yenə zəlzələ olub
Təcili yardım maşınları olmadığından yaralananlar qohum-qonşu avtomobili ilə xəstəxanya çatdırılıb
Bu gün Güney Azərbaycanın Şərqi Azərbaycan əyaləti Vərzəqan rayonunda Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 50 nəfərdən çox insanın xəsarət aldığı bildirilib.
Lent.az-ın Güney Azərbaycana bağlı informasiya vasitələrinə istinadən məlumatına görə, zəlzələnin episentri Vərzəqanın 10, Xacənin 31, Əhərin isə 41 kilometrliyinə düşüb.
Silkələnmə Təbrizdə də hiss olunub. Bəzi evlər dağılıb, əvvəlki zəlzələdə dağılan, yenidən tikilməkdə olan bəzi evlərin isə divarları uçub.
İran Seysmoloji Mərkəzinin məlumatına əsasən, təbii fəlakət yerli vaxtla saat 09:56-da qeydə alınıb. Rixter şkalası üzrə 5,1 bal gücündə, yerin 19 km dərinliyində baş verən zəlzələnin episentri Vərzəqan şəhəri olub. Vərzəqanda saat 07:35-dən günorta saatlarınadək 29 təkan qeydə alınıb.
Zəlzələ nəticəsində zərərçəkənlər tibb mərkəzinə şikayətlə müraciət edib. Onlardan 15 nəfərin əl-ayağı sınıb. Qan təzyiqi və əsəb xəstəliyi ilə müraciət edənlər çoxluq təşkil edib.
Vərzəqandakı tibb mərkəzində təcili yardım maşınları olmadığı üçün 15 zərərçəkən şəxsi və qohumlarının avtomobilləri ilə Təbriz xəstəxanasına aparılıb. Zərərçəkənlərin sayının artacağı gözlənilir. Bəzi xəbərlərə görə isə zəlzələ nəticəsində bir nəfər dünyasını dəyişib.
Zəlzələ Əhərdə, Təbrizdə, Ərdəbildə və Meşkinşəhrdə də hiss edilib.
Xatırladaq ki, avqustun 11-də Şərqi Azərbaycan əyalətinin Vərzəqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində rəsmi açıqlamalara görə 300 nəfərdən çox ölmüş, 2500-ə yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü. Ancaq rəsmi olmayan açıqlamalara əsasən, zəlzələ nəticəsində ölüb və ya zərərçəkənlərin sayı rəsmi rəqəmlərdən qat-qat artıqdır.
Güney Azərbaycanın Qaradağ mahalında baş verən zəlzələdən 3 aya yaxın bir müddət keçəsə də hakimiyyət həmin bölgələrdə yalnız çadırlar qurmaqla işini bitmiş hesab edir.
Qarşıdan isə soyuq qış gəlir. Elə həmin ərazilərin payızı da mülayim keçmir.
Hakmiyyət təmsilçiləri zərərçəkənlərə, evləri uçub, dağılanlara vədələr verməkdədir. Vərziqanda zəlzələdən zərərçəkənlər və evsiz qalan vətəndaşlara daimi yaşayış yeri kimi sığınacaq, müvəqqəti quraşdırma evlər veriləcəyi haqda xəbər yayılıb.
Bu barədə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin başçısı Əlirza Beygi “Fars” xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, zəlzələdən zərərçəkən və yaşayış yeri olmayan vətəndaşlara ev yerinə sığınacaq evlər veriləcək.Bu evlər qarşılığında zərərçəkənlərə kredit verilməsi nəzərdə tutulub. Başqa sözlə sığınacaq ev veriləcək zərərçəkənlər həmin evin pulunu kredit şəkildə ödəyəcək.
Halbuki Əlirza Beygi 2 ay öncə sakinlərə yeni evlərin tikiləcəyini boyun olmuşdu.
Bu ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalının zəlzələ baş verən rayonlarından biri də Vərzəqandır.
Yerli müşahidəçilərin sözlərinə əsasən, Azərbaycan, özəlliklə Qaradağ bölgəsi dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bu üzdən də yaxın günlərdə oralara qar yağacaq, şaxtalı havalar başlayacaq.
Çox saylı müraciətlərə, etirazlara baxmayaraq, zəlzələ bölgəsində soyuq hava şəraiti ilə bağlı işlər görülməyib
Məlumatlara görə, Qaradağda, o cümlədən zəlzələ bölgəsinin bir sıra yerlərində gecələr temperatur sıfır dərəcədən aşağı olur. Heç şübhəsiz bu şərait yaşlı insanlara, uşaqlara, xəstələrə çox pis təsir göstərir.
İran prezidenti M. Əhmədinejadın iştirakı ilə zəlzələdən zərər çəkənlərlə 4 min yeni mənzil verildiyinə dair xəbərlər də yayılıb. Prezident Vərzigan şəhərinin Mehtərli kəndində bir nəfərə mənzili şəxsən təhvil verib. Səfəri ilə bağlı jurnalistlərə açıqlama verən M. Əhmədinejad bildirib ki, fəlakət bölgəsində yenidənqurma işlərinin aparılması və mövcud problemlərin aradan qaldırılması çox asan iş deyil: “Şərqi Azərbaycan vilayətinin 300 kəndində bərpa işləri aparılır. Ümid edirik ki, gələn aya qədər bütün ailələr evlə təmin olunacaq”.
Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.
Dağıntılar baş vermiş bir çox kəndlərdə, xüsusi ilə də ucqar yerlərdə tikinti işləri aparılmır. Vərziganın və Herisin dağ kəndlərində şaxtalı hava şəraiti və yağan qar yaşayışı daha da ağırlaşdırıb. Yağıntılar nəticəsində çadırlar və içərisindəki əşyalar tamam islanır. Dağıntı baş vermiş kəndlərdə tibb mərkəzi olmadığı üçün soyuqdan səhhətində problem yarananlar yardım ala bilmirlər. Valideynlərini itirən uşaqlar isə himayəsiz qalıb. Bölgədə içməli suya və qidaya, tibbi ləvazimatlara, yanacağa, eləcə də isti geyimə ehtiyac var.
Sədrəddin Soltan

1564