Bakıda polis cinayətkarı stolun altından çıxardı
Noyabrın 7-nə keçən gecə Bakıda aptekə basqın edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayon 8-ci mikrorayondakı Bəhlulzadə küçəsində yerləşən, vətəndaş Şamo Nuriyevə məxsus "Riyad Farm" MMC-nin aptekindən Binəqədi rayon Mühafizə İdarəsinə "Həyəcan" siqnalı daxil olub. Siqnal yoxlanılarkən aptekin arxa tərəfinin dam örtüyünə müdaxilə olunduğu aşkar edilib.
Binəqədi RMİ-nin əməkdaşları mülkiyyət sahibi ilə birgə aptekə baxış keçirərkən stolun altında gizlənmiş Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənovu yaxalayaraq müvafiq araşdırmalar aparılması üçün Binəqədi RPİ-yə təhvil verib.

1939