Elçin Əfəndiyevin köməkçisi Elşad Abdullayevin işinə görə tutuldu
ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir. O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.
Qeyd edək ki, E. Abdullayevin şikayəti əsasında dünən daha bir nəfər həbs edilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Arzu Kazımov da dələduzluqda təqsirli bilinir. O, E. Abdullayevin itkin düşmüş qardaşının tapılmasında köməklik etmək məqsədi ilə sabiq rektordan 3 milyon pul almaqda şübhəli bilinir. Təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov isə mətbuata açıqlama verərək Elşad Abdullayevin Arzu Kazımova pul verdiyinə dair heç bir sübutun olmadığını bildirib.

Oxşar yazılar

2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02