3 dindarın həbs müddəti uzadılıb
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında bildirib ki, cinayət işi üzrə istintaq Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.
Qeyd edək ki, dindarlar sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır. Rəsmi məlumata görə, dindarların işini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparır. Bununla bağlı Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev həbs olunublar.
Eldar Sultanov bildirib ki, iş üzrə çoxsaylı ekspertizalar, o cümlədən məhkəmə-tibbi, ballistik, fiziki-kimyəvi, əmtəəşünaslıq ekspertizaları təyin edilib müvafiq rəylər alınıb, hadisənin şahidləri və zərər çəkmiş şəxslər dindirilib, üzləşdirmələr və digər zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq istintaq müddəti və təqsirləndirilən şəxslər - Araz Quliyev, Ziya Tahirov, Rza Ağalının həbsdə saxlanılma müddəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmənin qərarları ilə uzadılıb.

1139