Baş Prokurorluq rüşvət alan məmurun azadlığa buraxılmasına münasibət bildirdi
Bəzi kütləvi informasiya vasitələrində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham olunan 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Bayram Xudaverdiyevin 2 il şərti olaraq azadlıqdan məhrum olunması və məhkəmə zalından azadlığa buraxılmasına dair hökm çıxarılması barədə informasiyalar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 9 saylı TSEK-in sədri Bayram Xudaverdiyev xidməti otağında əlillik dərəcəsinin təyin edilməsi üçün Bakı şəhər sakinindən 3.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Həmin fakta görə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanaraq Bayram Xudaverdiyevə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 5 noyabr tarixli hökmünə əsasən B.Xudaverdiyevə 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. B.Xudaverdiyev ixtisaslı cərrahi müdaxiləyə ehtiyacı olan və cərrahi müdaxilə həyata keçirilməyəcəyi təqdirdə arzuolunmaz sonluqla, yəni ölümlə nəticələnə biləcək ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, aortanın nəzərə çarpan aterosklerozu, kökün genişlənməsi, tac damarlarının çoxsaylı stenozlaşdırıcı aterosklerozu, mitral qapağın hər iki tayının dərəcə çatışmazlığı ilə prolapsı, vertoblobazilyar çatışmazlıq və sair ağır xəstəliklərdən əziyyət çəkdiyindən və cəzanı yüngülləşdirən digər hallar mövcud olduğundan məhkəmə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 2 il sınaq müddəti müəyyən olunmaqla həmin cəzanın şərti olaraq təyin edilməsi haqqında qərar çıxarılıb. Eyni zamanda məhkəmə tərəfindən müvafiq dövlət orqanına B.Xudaverdiyev üzərində nəzarətin həyata keçirilməsi vəzifəsi də həvalə edilib.

3087