“Azadlıq”ın bank hesabına həbs qoyuldu
05 noyabr 2012 18:20 (UTC +04:00)

“Azadlıq”ın bank hesabına həbs qoyuldu

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevin APA-ya verdiyi məlumata görə, Yasamal Rayon İcra Şöbəsi “ZQAN Holdinq” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri, Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədovun iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlayıb: “Anar Məmmədovla bizim məhkəmə çəkişməmiz var idi. Məhkəmə bizim pul ödəməyimiz barədə qərar qəbil edib. Lakin həmin məbləğ ödənmədiyi üçün məhkəmə qəzetin bank hesabına həbs qoyulması barədə qərar qəbul edib” .


Qeyd edək ki, Anar Məmmədov “Azadlıq” qəzetində barəsində yazılan yazıların əsassız olduğunu iddia edərək məhkəməyə müraciət edib. Yasamal rayon Məhkəməsi onun iddiasını təmin edərək “Azadlıq” qəzetinin 4 min 200 manat təzminat ödəməsi barədə qərar qəbul edilib. Qərara əsasən, qəzet həmçinin təkzib və üzrxahlıq məlumatları da verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar