Bakıda fəhlələr hündürlükdən yıxılıb: ölən və yaralananlar var
05 noyabr 2012 11:23 (UTC +04:00)

Bakıda fəhlələr hündürlükdən yıxılıb: ölən və yaralananlar var

Noyabrın 4-də Qaradağ rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Müşfiqabad qəsəbəsi ərazisində tikilməkdə olan binada fəhlə işləyən 1967-ci il təvəllüdlü Pənahov Elşən Rəhbər oğlu hündürlükdən yıxılıb. O, hadisə yerindəcə keçinib.

Oxşar hadisə şəhərin Nəsimi rayonunda da qeydə alınıb. Metronun “28 May” stansiyası yaxınlığında tikilməkdə olan çoxmərtəbəli binadan 2 fəhlə yıxılıb. Fəhlələr 37 yaşlı Ələmdar Qayıbov və 44 yaşlı Bəxtiyar Hüseynov Kliniki Tibbi MərkəZƏ yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağırdır.


Nizam RZA
# 1936

Oxşar yazılar