Güney Azərbaycanda tanınmış ictimai-fəal bədbəxt hadisədən ölüb
Noyabrın 2-də Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğurunda mübarizə aparanlardan biri, tanınmış azərbaycanlı ictimai fəal Fərhad Sərvnaz Pərixaninin iş yerində bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, noyabrın 3-də Meşkinşəhr (Xiyov) şəhərindəki Qasımiyyə məscidində Fərhad Sərvnaz Pərixaninin yas mərasimi keçirilib.
Mərasimə Güney Azərbaycanın müxtəlif bölgələrindən soydaşlarımız qatılıb. Hətta azərbaycanlı ictimai fəallar yas mərasimi ilə bağlı Azərbaycan dilində bildirişlər də yayıblar. Mərasimdə tanınmış milli fəallar çıxış edərək, Fərhad Sərvnaz Pərixaninin həyat yolu və apardığı milli mübarizədən söhbət açıblar.
Qeyd edək ki, Fərhad Sərvnaz Pərixani 2006-cı ilini məlum may hadisələri zamanı Meşkinşəhrdə ETTELAAT əməkdaşları tərəfindən həbs olunub və bir müddət işgəncələr altında saxlanıldıqdan sonra Meşkinşəhr həbsxanasına köçürülmüşdü.O, ötən il Fevralın 21 Ümumdünya Ana Dili Günü ilə bağlı keçirilmiş tədbirlər zamanı da ETTELAAT əməkdaşları tərəfindən tutulmuşdu.

1832