Bakıda 5 yaşlı ABŞ vətəndaşının meyiti tapılıb
29 oktyabr 2012 16:34 (UTC +04:00)

Bakıda 5 yaşlı ABŞ vətəndaşının meyiti tapılıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Kənar Dairəvi yol 10 ünvanında yerləşən “Royal Park” otelində, 131 saylı nömrədən ABŞ vətəndaşı, 2007-ci il təvəllüdlü Nqueyn Alissonun meyiti tapılıb. 5 yaşlı oğlanın meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Ehtimala görə, o, dəm qazından boğulub. N.Alissonun meyiti ekspertiza olunduqdan sonra ailəsinə təhvil verilib.

Məlumata görə, N.Alissonun atası Bakıdakı şirkətlərdən biri ilə əməkdaşlıq edir.

Fakt üzrə araşdırmalar aparır.

Nizam RZA
# 5322

Oxşar yazılar