Azərbaycanın birinci xanımı Pakistanda imkansızları sevindirdi
Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-niun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qurban bayramında Pakistanda imkansızları sevindirib.
Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə,
26-28 oktyabr tarixlərində Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-ho, Səid -Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırda buynuzlu qurbanlıq kəsilərək Mehriban Əliyeva adından bölgələrdə yaşayan 30 min nəfərdən çox imkansıza paylanılıb.
Lakki Marvatda təşkil olunmuş təntənəli mərasimdə Seyfulla ailəsinin tanınmış üzvləri - Pakistan Müsəlman Həmrəylik Liqasının sədri, siyasətçi, sabiq ticarət və sabiq neft naziri, Senatın sabiq xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan, Pakistan Xalq Partiyasının Xayber Paxtunxva əyaləti üzrə prezidenti Ənvər Seyfulla Xan, senator Osman Seyfullah Xan, Milli Assambleyanın üzvü Humayun Seyfulla Xan, bölgənin siyasi və dini rəhbərləri, həmçinin media mənsubları iştirak ediblər. Səlim Seyfulla Xan iki qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, DağlıqQarabağ münaqişəsi və Pakistanın bu məsələyə dair mövqeyindən danışıb. O, Heydər Əliyev Fondunun Pakistanın mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirməsini yüksək qiymətləndirib, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bu aksiya, çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbir iştirakçılarını Qurban Bayramı münasibəti ilə Azərbaycan dövləti adından təbrik edib, onlara öz xoş arzularını çatdırıb. Daşqın Şikarov Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun Pakistanda keçirilən silsilə humanitar proqramı çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbini inşa olunub, Pakistanın Xayber Paxtunxva əyalətində hepatit-B virusuna qarşı peyvəndləşdirmə aparılıb, həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil edilib, açıq ürəkdə cərrahiyyə əməliyyatları aparılıb, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili hədiyyə edilib, göz klinikasının tikintisi üçün maddi yardım göstərilib. Eyni zamanda Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Daşqın Şikarov Marvat tayfasının Seyfulla ailəsinin Azərbaycanla sıx əlaqələrindən, bu ailədən olan tanınmış siyasətçilərinin Heydər Əliyev və prezident İlham Əliyevlə görüşlərini xatırladıb.
Daha sonra Daşgın Şikarov Heydər Əliyev Fondu tərəfindən 30 aprel tarixində maliyyələşdirilmiş Lakki Marvat şəhər uşaq və qadın xəstəxanasına səfər edib, orada müalicə alan pasiyentlərə və çalışan tibb personalına Mehriban Əliyeva adından bayram sovqatlarını paylayıb.

2025