Dünya bu gün
27 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

27 oktyabr. İlin sonuna 66 gün qalır.

1449. Böyük alim və hökmdar Uluq bəy vəfat edib

1728. İngilis dəniz səyyahı Ceyms Kuk anadan olub

1782. İtalyan bəstəkar Paqanini anadan olub

1855. Rus seleksiyaçı Miçurin anadan olub

1917. Bakı fəhlə və əsgər deputatları Sovetinin hakimiyyət məsələsinə həsr edilən fövqəladə iclası keçirilib

1924. Özbəkistan SSR yaradılıb

1932. Bəstəkar Asəf Zeynallı vəfat edib

1982. Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçməsini təsdiqləyib

1990. Əsgər Akayev Qırğızıstan SSR-in prezidenti seçilib

1999. Ermənistan parlamentində terror aktı. Baş nazir, spiker və bir neçə deputat həlak olub

2005. Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılıb

2005. Parisdə 2 müsəlmanın qətlə yetirilməsindən sonra güclü etirazlar başlayıb. Nümayişçilər bir ay ərzində yüzlərlə avtomobili yandırıb və ya yararsız hala salıblar

2008. İsveçrədə ilk dəfə metro istifadəyə verilib

2008. Bakılı bəstəkar Mstislav Rostropoviçin Moskvada qəbirüstü abidəsi qoyulub

2008. Prezident İlham Əliyev Müslüm Maqomayevin nəşinin Moskvadan gətirilərək Fəxri xiyabanda dəfn edilməsi haqqında göstəriş verib

2009. Tehranda beynəlxalq xəbər agentliklərinin 16-cı konfransı keçirilib

2011. Bakıda Azərbaycan-İsveçrə biznes-forumu keçirilib.

Günün aforizmi:

“Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq”.

Mehdi Hüseynzadənin baş daşı üzərindəki yazı
# 852

Oxşar yazılar