Balina insan səsini yamsılayıb
23 oktyabr 2012 07:54 (UTC +04:00)

Balina insan səsini yamsılayıb

Kaliforniyada okeanariumda yaşayan balina insan səsini yamsılayıb. Lent.az-ın «BBC»-yəistinadən məlumatına görə, o, özünün adi səs diapazonundan aşağı bir neçə səs çıxarıb.

Alimlərin sörlərinə görə, bu qeyd olunan ilk hadisədir. Əməkdaşlardan biri deyib ki, balinanın səsini eşidəndə elə bilib, dostları ona «hovuzu tərk et» deyir.

Balnayabənzərlər qeyri-iradi olaraq, əvvəllərdə insan nitqinin səsinə uyğun səs çıxarıb. Ancaq Kaliforniyadakı ağqulaq-balina arasında ilk dəfədir, öz «təşəbbüsü» ilə canlıların ən nəhəngi bunu edib.
# 1414

Oxşar yazılar