Surqutda azərbaycanlı iş adamından qisas aldılar - FOTO
22 oktyabr 2012 15:38 (UTC +04:00)

Surqutda azərbaycanlı iş adamından qisas aldılar - FOTO

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu gecə naməlum şəxslər İsgəndərova məxsus avtomobil təmiri sexinə od vurublar.

Xatırladaq ki, iki gün əvvəl Rusiya Federasiyasının Surqut şəhərində azərbaycanlı iş adamı Gülhəsən İsgəndərovun oğlu 3 yerli məmuru güllələmişdi. Güllələnənlər şəhər administrasiyası bələdiyyə torpaq nəzarəti şöbəsinin rəisi Vladimir Çornonos, onun köməkçisi, şöbənin baş mütəxəssisi Ruslan Ayyupov və şöbənin aparıcı mütəxəssisi Aleksey Qadalin idi. Nəticədə V.Çornonos hadisə yerində, R.Ayyupov xəstəxanada ölmüşdü, A.Qadalin isə yaralanmışdı.

Yerli Azərbaycan diasporundan verilən məlumata görə, məmurlar iş adamından 400 min rubl rüşvət tələb ediblər və ailə bu məbləği toplaya bilməyib. Onlar problemin həlli üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət etsə də, buna məhəl qoyan olmayıb.
Hadisədən dərhal sonra şəhər meri Dmitri Popov sakinlərə müraciət edərək, olayı milli münaqişə zəmininə keçirməməyə və şəhərdə sabitliyi qorumağa çağırmışdı.

Amma görünür bu çağırışlar səmərəsiz qalıb. Məlumata görə, təmir sexi yandırılandan sonra İsgəndərovun başqa obyektləri dərhal polis nəzarətinə götürülüb. Yerli hakimiyyət baş verənlərin milli zəmində qarşıdurmaya səbəb olacağından narahatdır.
Onu da qeyd edək ki, Surqutda minlərlə azərbaycanlı yaşayır.
Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6596

Oxşar yazılar