Bacısını bıçaqlayan qız özünü öldürüb
22 oktyabr 2012 15:33 (UTC +04:00)

Bacısını bıçaqlayan qız özünü öldürüb

Biləsuvar rayon Prokurorluğundan anspress-in bölgə müxbirinə verilən məlumata görə, bacısı Könül İmanovanı bıçaqlayan Aynurə bu gün intihar edib. Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Qeyd edək ki, oktyabrın 18-də Biləsuvarda yaşayan 34 yaşlı Aynurə İmanova xəstəxanadan, anasının ziyarətindən evə qayıdarkən evin səliqəsiz olduğunu görüb və böyük bacısına iradını bildirib. İrad münaqişə ilə nəticələnib. Əsəblərini cilovlaya bilməyən Aynurə mətbəx bıçağı ilə bacısı Könülə xəsarət yetirib. Könül İmanova dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Aynurə İmanova isə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ifadəsi alındıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.
# 3454

Oxşar yazılar