Azərbaycanda ev partladı: 4 yaralı
22 oktyabr 2012 12:56 (UTC +04:00)

Azərbaycanda ev partladı: 4 yaralı

Oktyabrın 21-də Balakən rayonunda evdə partlayış olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sarıbulaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kvadrat metr olan 3 otaqlı evin mətbəxində qaz sızmasından partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində 4 nəfər ev sakini yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
# 1482

Oxşar yazılar