Sabunçuda gənclərin qanlı davası 1 ölü, 1 yaralı
22 oktyabr 2012 11:33 (UTC +04:00)

Sabunçuda gənclərin qanlı davası 1 ölü, 1 yaralı

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birinin yaxınlığında 1992-ci il təvəllüdlü Yaqubov Əmrah İlqar oğlu mübahisə zəminində 1990-cı il təvəllüdlü Cəbiyev İsa Hörmət oğlunu və 1990-cı il təvəllüdlü Bədəlov Vitalik Vahid oğlunu bıçaqlayıb. V.Bədəlov hadisə yerindəcə keçinib. İ.Cəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisədən əvvəl həmin şəxslər kafedə yeyib-içiblər. Bu zaman onlar arasında mübahisə düşüb və kafedən bayıra çıxaraq söhbət ediblər. Söhbət əsnasında Ə.Yaqubov bıçaqla hər iki şəxsə hücum edib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Nizam RZA
# 2948

Oxşar yazılar