Bakıda qəbiristanlıqda dəhşətli hadisə
22 oktyabr 2012 10:40 (UTC +04:00)

Bakıda qəbiristanlıqda dəhşətli hadisə

Bakı ətrafında yerləşən qəbiristanlıqlardan birində asılmış kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında Suraxanı rayon Polis İdarəsinə rayonun Yeni Suraxanı qəsəbəsindəki qəbiristanlıqda ağacdan asılmış kişi meyitinin olması barədə məlumat daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları yollanıb.

İlkin məlumata görə, ölən şəxsin 30-35 yaşı olub. Onun intihar edib-etməməsi hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.


Nizam RZA
# 3627

Oxşar yazılar