Abşeron Şərab ASC-nin anbarında yanğın: xəsarət alan var
21 oktyabr 2012 12:48 (UTC +04:00)

Abşeron Şərab ASC-nin anbarında yanğın: xəsarət alan var

Abşeron Şərab Açıq Səhmdar Cəmiyyətinin (ASC) anbarında yanğın baş verib.

APA-nın xəbərinə görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron Şərab ASC-yə məxsus ümumi sahəsi 1000 kv.m olan spirt saxlanılan anbarda həcmi 25 ton olan çəndən ətrafa dağılmış spirt 100 kv metr sahədə yanıb.

Anbarın qalan hissəsi və içərisinə yığılmış spirt dolu çənlər yanğından mühafizə olunub.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər işçi yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
# 1195

Oxşar yazılar