Şuşada çoxlu sayda erməni kilsələrinin tikintisinə başlanılıb
Ermənilərin 1992-ci il mayın 8-də işğal etdikləri Şuşa şəhərində yüzlərlə mədəniyyət və tarix və mədəniyyət abidəsi, milli - mədəni dəyərlərimiz məhv edilib, muzeylər talanıb. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Lent.az-a açıqlamasında deyib ki, işğal nəticəsində Şuşada onlarla tarixi abidə, incəsənət abidələri, incəsənət ansamblları, bağ və parklar, dekorativ heykəltəraşlıq nümunələri, inanc yerləri, qəbiristanlıqlar, qəbirüstü abidələr, sənədli abidələr, muzeylər və şəkil qalereyaları bir çoxu qismən, bir çoxu isə tamamilə məhv edilib.
Bir çox memarlıq abidələrinin yalnız qalıqları qalıb. Şuşanın memarlıq qoruğu adlanan ərazisi isə faktiki olaraq xarabalığı xatırladır. Şuşa memarlıq qoruğu 1977-ci ilin avqustunda Azərbaycan SSRİ Nazirlər Sovetinin “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərarı ilə təsdiq edilib. Şuşa abidələrinin çox böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir ki, bu da Şuşanın XVIII əsr şəhəri olduğu fikirləri tamamilə alt-üst edir. Azərbaycanın digər ərazilərində olduğu kimi Şuşada da abidələrin sayı barədə məlumatlar müəmmalı və mübahisəlidir. SSRİ dövründə Şuşa şəhərində 136 tarix və mədəniyyət abidəsi qeydə alınaraq rəsmiləşdirilib”.
Faiq İsmayılovun sözlərinə görə, apardıqları tədqiqatlar nəticəsində müəyyən edilib ki, SSRİ dövründəki qeydiyyat zamanı Şuşa qalası ətrafındakı Alban dövrünə aid sujetli daşlar, sənduqələr, bir çox bədii yazılı daş nümunələri, qəbirüstü abidələr, arxeoloji abidələr nəzərə alınmayıb. Qalanın içərisində isə bir çox görkəmli şəxslərin yaşayış evləri, qəbirüstü abidələr, məhəllə məscidləri, məhəllə hamamları, xüsusi üslubla inşa edilmiş yaşayış evləri, xüsusi üsluba malik eyvanlı evlər, bədii daş nümunələri qeydiyyatdan kənarda qalıb. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyi üzvlərinin qənaətinə görə, Şuşa ərazisindəki abidələrin sayı 800-ə yaxındır. Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2000-2005-ci illərdə Şuşa şəhəri ərazisində alban dövrünə aid 500 abidəni qeydiyyata alaraq erməni mədəniyyətinə aid edildiyini elan ediblər. 2007-ci ildə isə xaraba qoyduqları Şuşa şəhərini ermənilərin Mədəniyyət Mərkəzi elan ediblər: “Şuşa məhəllələrində çoxlu sayda erməni kilsələrinin tikintilərinə başlayıblar. Nə qədər pis şəraitdə yaşasalar belə, yaşayış evlərini, otelləri təmir edirlər. Şəhərin su xətlərini bərpa edir, İrandan nəql etdikləri elektrik enerjisini və qaz xətlərini yeniləşdirirlər. Ermənilər heç bir əsas gətirə bilməsələr də, indi hesab edirlər ki, Şuşa onların tarixi şəhərləri və dünya ermənilərinin inanc yerləridir. Onlar dağıtdıqları Mədəniyyətimiz üzərində, saxtalaşdırdıqları tariximizlə yaşayırlar”.

3396