Qubada qapı-pəncərə sexi yandı
14 avqust 2012 11:10 (UTC +04:00)

Qubada qapı-pəncərə sexi yandı

Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospekti, 24 ünvanda, Quba şəhər sakini Məmmədov Tərlan Məmmədtağı oğluna məxsus 600 kv.metr ərazisi olan plastik qapı-pəncərə sexində baş verən yanğın nəticəsində obyektin 450 kv.metr dam örtüyü yanaraq sıradan çıxıb.

Alov güclü olduğundan hadisə yerinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin üç, Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar