Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, martın 21-də saat 14 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində şəhər sakini E.Rzayevin idarə etdiyi “VAZ-2106” və Davidoba kənd sakini Mahir Babayevin idarə etdiyi “Naz Lifan” markalı avtomobillər toqquşub.
Nəticədə hər 2 sürücü və 1 sərnişin xəstəxanaya yerləşdirilib. M.Babayev orada ölüb.
Quba RPŞ tərəfindən araşdırma aparılır.