Bu gün hətta koronavirusun geniş yayıldığı ölkələrdə də Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, səfirlər, baş konsullar, səfirlik və konsulluqların işçiləri, onların ailə üzvləri fəaliyyətlərini davam etdirirlər”.
APA-nın məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bu virus Çində yayılmağa başlayıb: “Çində Azərbaycan səfirliyi bu günə qədər də tam tərkibdə fəaliyyət göstərir. Cənubi Koreya, İran, İtaliya və virusun yayıldığı digər ölkələrdə də diplomatik nümayəndəliklər tam tərkibdə fəaliyyət göstərir. Prezident İlham Əliyevin də tapşırığı budur ki, diplomatik nümayəndəliklərimiz o ölkələrdə qalmalı, fəaliyyətlərini davam etdirməli və zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməlidirlər”.