"Mercedes" "Ford"a çırpılıb: sərnişinlər öldü
30 mart 2020 14:29 (UTC +04:00)

"Mercedes" "Ford"a çırpılıb: sərnişinlər öldü

Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə martın 28-də saat 7 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində baş verib. 

Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub. 

Nəticədə “Mercedes”dəki sərnişinlərindən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364
avatar

Mehman Nəbiyev

Oxşar yazılar